Kələk, fırıldaq, hiylə // oyun. (“Koroğlu” dastanının lüğəti)
Ay oğul, bə deyirlər, onların minbir hoqqası var. (“Mahru xanımın Çənlibelə gəlməyi”) (İ.A., B.A.)
Çəki, ölçü vahidi. (“Koroğlu” dastanının lüğəti)
Dastanda ətin, nalın, şərabın çəkisini, həcmini göstərir.
Bu gün gəlib gördüm ki, Mir İbrahim qəssabın oğlu Eyvazın dükanında ətin hoqqası iki quruşa satılır. Bu əti iki quruşa aldığıma görə salavat çevirirəm. (Paris nüsxəsi, 3-cü məclis)
*
Eyvaz dedi:
– Əmi bax, burada on iki şaqqa ət var, bacarsan hər hoqqasını iki quruşa sat. Əlindən gəlmirsə, mən gələnə kimi elə-belə otu. (Paris nüsxəsi, 3-cü məclis)
*
Uzaq-uzaq yollarınan,
Beli ipək çullarınan,
Hoqqa yarım nallarınan,
At igidin qardaşıdı.
(“Həmzənin Qıratı aparmağı”)
*
Səfərimdi şəhri-Bagdad,
Kimdi mənnən köçən, gəlsin!
Yeddi hoqqa, hazar peşə
Məndən artıq içən gəlsin!
(“Durna teli”)